Bu gün kritik Ərdoğan-Putin görüşü baş tutacaq

  • Space TV
  • 5 Mart 2020 10:19

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya prezidenti Vladimir Putin Moskvada bir araya gələcəklər. Bu görüş sadəcə İdlib probleminin necə həll ediləcəyi baxımından deyil, Türkiyə-Rusiya münasibətlərinin gələcəyini müəyyən etmək baxımından da əhəmiyyətlidir.

SPACE TV  xəbər verir ki, görüşdən öncə hər iki tərəfdən verilən açıqlamalarda Moskvva görüşündən İdlibdə qalıcı bir atəşkəs çıxması diləyi səsləndirilib. Ərdoğan görüşdən gözləntisinin “bölgədə tezliklə atəşkəsi təmin etmək” olduğunu qeyd edib, Türkiyə Müdafiə naziri Hülusi Akar isə Türkiyənin əsas məqsədinin problemin siyasi yollarla həll edilməsi olduğunu bildirib.

Kremlin sözcüsü Dmitri Peskov isə görüşlə bağlı belə deyib:

“İdlib böhranını Ərdoğan ilə müzakirə etmək üçün planlar hazırdır. Böhranı, böhranın səbəblərini, bu böhrandan qaynaqlanan zərərləri sonlandırmaq üçün gərəkli olan tədbirlər haqqında razılaşmağı ümid edirik”.

17 sentyabr 2018-ci ildə tərəflər arasında imzalanan Soçi razılaşması keçərliliyini itirib. Buna baxmayaraq, Türkiyə Soçi razılaşmasının və bu razılaşma ilə müəyyən edilmiş sərhədlərin keçərli qalmasını istəyir.

Paylaş

 Xəbəriniz olsun