Bu gün doqquz dövlət əmlakı özəlləşdirilib

  • Space TV
  • 13 Oktyabr 2020 18:02

Bu gün keçirilən hərracda doqquz dövlət əmlakı özəlləşdirilib.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Spacetv.az-a verilən məlumata əsasən, hərracda hər kəsin sərbəst iştirakı təmin edilib.

İştirak etmək istəyən şəxslərin seçdikləri dövlət əmlakı üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı da yaradılıb. Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də elektron resurslardan istifadə etməklə hərracları qeydiyyatsız formada izləyə də bilərlər.

Hərraclarda iştirak etmək istəyən şəxslər qeydiyyatdan keçməklə dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizini ödəyib sifarişçi statusu ala bilərlər. 

Paylaş

 Xəbəriniz olsun