Bu gün daha 120 vətəndaşımız Rusiyadan vətənə qayıdır

  • Space TV
  • 9 İyun 2020 10:41

Azərbaycan nümayəndə heyəti dünən Rusiyanın Dərbənd şəhərində olub.

Golos-vremeni.ru xəbər verir ki, heyət tərəfindən Rusiya-Azərbaycan sərhədində qalan azərbaycanlıların siyahısı dəqiqləşdirilib.

Bu gün 120 Azərbaycan vətəndaşı Rusiyadan vətənə yola düşür.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən sərhədlərin bağlanılması nəticəsində Azərbaycan vətəndaşları Rusiya ilə sərhəddə qalıb. Azərbaycan hökuməti vətəndaşların ölkəyə qayıtmasını təmin edir.

Paylaş

 Xəbəriniz olsun