Bu gün Beynalxalq ahıllar günüdür

  • SpaceTV
  • 1 Oktyabr 2019 18:03

Ömürlərinin gənc çağlarında müxtəlif vəzifələrdə işləmiş,müəllim olmuş,hətta ticarətlə məşğul olan yaşlı nənə və babalarımızın əksəriyyəti bugün tək yaşayır.Kimisinin həyat yoldaşı dünyasını dəyişib,kimisi övlad itkisi ilə üzləşib,kimisi də bu yaşa qədər böyüdüb boya-başa çatdırdığı oğul və qızları tərəfindən tərk edilib.Onların hərəsinin bir həyat hekayəsi var.Bugün tənhalığa məhkum olan ahıllar Dövlətin diqqətindən kənar qalmırlar.Bayramlarda,müxtəlif əlamətdar günlərdə yaşlı insanlar yad edilir,problemləri ilə yaxından maraqlanılır.Xəstəlikləri ilə əlaqədar yataqdan qalxa bilməyən ahıl insanlar evində ziyarət olunub və 25 ahıl,kimsəsiz,yaşlı insana bayram sovqatı verilib.Qeyd edək ki, Beynəlxalq Ahıllar Günü ölkədə 1993-cü ildən qeyd olunur. Ümummilli lider Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşıb, 22 iyun 2001-ci il tarixdə “Ahıllara sosial xidmət haqqında” Qanun qəbul olunub. Həmin Qanuna əsasən, ölkədə 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunur.

İLKİN PİRANOV SPACE TV

Paylaş

 Xəbəriniz olsun