Bu gün Bakının 2 rayonunda qaz təchizatı dayandırılacaq

  • SpaceTV
  • 5 Sentyabr 2019 12:35

Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyindən Space TV -yə verilən məlumata görə, bu gün səhər saat 10.00-dan etibarən orta təzyiqli qaz kəmərinin hava kompressoru vasitəsilə kipliyə sınaq olunması məqsədi ilə Bakının Sabunçu rayonu, Sabunçu qəsəbəsində bir qrup abonentin qaz təchizatı dayandırılacaq.

Bildirilib ki, bundan başqa ölçü cihazlarının metroloji göstəricilərinin təftiş olunması ilə bağlı Xəzər rayonunun Şağan, Şüvəlan və Qala qəsəbələrində qazın verilişində qısamüddətli fasilələr yaranacaq.

Paylaş

 Xəbəriniz olsun