Bu gün Bakı-Pirşağı qatarı hərəkətə başlayır

  • SpaceTV
  • 2 Dekabr 2019 10:38

Bu gün Bakı-Pirşağı-Bakı elektrik qatarları hərəkətə başlayacaq.

“Azərbaycan Dəmir Yolları” QSC-dən SPACE TV-ə verilən məlumata görə, Sabunçu-Pirşağı-Sabunçu sahəsində infrastrukturun əsaslı təmir işlərinin başa çatması ilə əlaqədar, bu istiqamətdə hərəkət edən elektrik qatarının marşrutu Pirşağı stansiyasına kimi uzadılıb.

Hələlik gün ərzində Bakıdan Pirşağıya və Pirşağıdan Bakıya 8 qatar hərəkətdə olacaq.


Paylaş

 Xəbəriniz olsun