Bu gün Bakı metrosu yarım saat artıq işləyəcək

  • SpaceTV
  • 12 Dekabr 2019 16:58

“Qarabağ” futbol klubu bu gün saat 21:55-də Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində son oyununu keçirəcək.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən bildirilib ki, qarşılaşmanı arenadan canlı izləyəcək tamaşaçılar 00:30-a qədər metropolitenin “Gənclik” stansiyasına daxil ola və qatarlarla mənzil başına çata bilərlər.

Onu da əlavə edək ki, digər stansiyaların girişi adi iş vaxtı qaydası ilə saat 00:00-da bağlanacaq.

Paylaş

 Xəbəriniz olsun