Bu gün ATƏT-də Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirə ediləcək

  • SpaceTV
  • 5 Dekabr 2019 10:21

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının Bratislavada keçirilən iclasında iştirak edəcək.

SPACE TV xəbər verir ki, nazirlərin toplantısı “Xalqlar naminə, dialoq və sabitlik üçün” şüarı altında keçiriləcək.

Görüşün əsas mövzusu, gözlənildiyi kimi, ATƏT məkanında münaqişələrin – Ukraynanın şərqindəki, Dağlıq Qarabağdakı və Dnestryanı bölgədəki böhranlı vəziyyətlərin nizamlanması olacaq.

Paylaş

 Xəbəriniz olsun