Bu gün Ankarada Rusiya, İran və Türkiyə liderlərinin Sammiti keçiriləcək

  • SpaceTV
  • 16 Sentyabr 2019 13:20

Bu gün Ankaradakı Çankaya sarayında Rusiya, İran və Türkiyə liderlərinin Suriyadakı vəziyyətlə bağlı 5-ci Sammiti keçiriləcək.

Space Türkiyə mətbuatına istinadən xəbər verir ki, Astana formatında keçiriləcək Zirvə görüşündə Rusiya, İran və Türkiyə prezidentləri Vladimir Putin, Həsən Ruhani və Rəcəb Tayyib Ərdoğan Suriyanın İdlib bölgəsində yaranmış vəziyyəti müzakirə edəcəklər.

Üçtərəfli Sammitdə suriyalı qaçqınların öz evlərinə qayıtmaları üçün şəraitin yaradılması, davamlı sülhün təmin edilməsi və problemin siyasi həlli məsələləri ətrafında fikir mübadiləsi aparılacaq. Bundan başqa, liderlərin təkbətək görüşlərində ikitərəfli əlaqələr, regional və beynəlxalq formatda əməkdaşlıq məsələləri də müzakirə olunacaq.

Paylaş

 Xəbəriniz olsun