Bu gün ABŞ-da prezident seçkisi keçiriləcək

  • Space TV
  • 3 Noyabr 2020 10:38

Noyabrın 3-də ABŞ-da növbəti prezident seçkisi keçiriləcək.

Spacetv.az xəbər verir ki, bu post uğrunda əsas mübarizə Respublikaçılar Partiyasının namizədi, indiki Prezident Donald Trampla Demokratlar Partiyasının nümayəndəsi, keçmiş vitse-prezident Cozef Bayden arasında gedir.

Bu gün habelə ABŞ parlamentinin Yuxarı Palatasına (Senat) 35 senator, habelə Aşağı Palatadakı 435 yerin hamısına, 13 qubernator, yerli hakimiyyət orqanlarına da ümumxalq səsverməsi yolu ilə seçkilər keçiriləcək.

Paylaş

 Xəbəriniz olsun