Bu gecədən hava dəyişir – XƏBƏRDARLIQ

  • SpaceTV
  • 15 Sentyabr 2020 10:39

Bakıda və Abşeron yarımadasında bu axşamdan fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin Spacetv.az-ın verdiyi məlumata görə, Azərbaycanın rayonlarında bu günün ikinci yarısından 18-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı, bəzi şimal və qərb rayonlarında intensiv və güclü  olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Paylaş

 Xəbəriniz olsun