Bu gecə Ramazanın sonuncu Qədr gecəsidir

  • Space TV
  • 20 May 2020 10:49

Bu gecə Azərbaycanda Ramazan ayının sonuncu Qədr (əhya) gecəsidir.

SPACE TV xəbər verir ki, mayın 20-dən 21-nə keçən gecə Ramazan ayanın sonuncu əhya gecəsidir. 

Qeyd edək ki, Qədr gecəsi “Quran”ın nazil olduğu gecədir. “Quran” İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub. 

Məlumat üçün bildirək ki, Şəvval ayının 1-i (24 may) Fitr (Ramazan) bayramıdır. Azərbaycanda Ramazan ayı aprelin 25-də başlayıb

Paylaş

 Xəbəriniz olsun