Bu evdə heç kim 10 saatdan artıq qala bilmir – Çıxışı tapana 20 min dollar mükafat verilir

  • SpaceTV
  • 29 Oktyabr 2019 11:53

Amerikanın Tennesse əyalətində Mckamey Manor adlı qorxu evinin sahibi Russ Mackamey bu evdə 10 saat qalıb çıxış yolunu tapa bilənə 20 min dollar pul mükafatı təklif edir.

SPACE TV  xarici mediaya istinadla bildirir ki, “Dünyanın ən ürkütücü yeri” olaraq adlanan bu evə girmək üçün 21 yaşdan böyük olmaq və ev sahibinin itləri üçün bir paket yem almaq vacibdir.

Bundan başqa evə girməzdən əvvəl idman və fitnes testinə giriş şərti də var. Daha sonra 40 səhifəlik bir razılıq mətnini oxuyub, imzalamalı və bir həkim nəzarətindən sonra özünə evdən çıxmaq istədikdə istifadə edəcək bir təklükəsizlik sözü sözü seçmək lazımdır. Sağlamlıq sığortası da varsa evə giriş haqqı qazanılır.

Oyun başlamadan əvvəl əvvəlki oyunçulara daha əvvəl evə girib, uğursuz olan insanların görüntüləri izlədilir.

Evdə nəm bir mühit, fiziki cəhətdən yoran aksiyonlar, müxtəlif canlılarla yaxın təmas, ürkütücü səslər və görüntülü effektləryer alır. Tamamlanması 10 saat davam edən və “Kimsəsizlik” adlandırılan turda təmas edən aktyorlara qarşılıq vermək qadağandır.

Bu günə qədər 10 saatlıq turu uğurla bitirən və çıxış qapısını tapa bilən iştirakçı olmayıb.

Paylaş

 Xəbəriniz olsun