Bu dəfə binanın beşinci mərtəbəsində narkotik becərdilər.

  • SpaceTV
  • 5 İyun 2020 13:18

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən gecə saatlarında keçirilən əməliyyat tədbirləri nəticəsində rayonun Giləzi qəsəbə ərazisində yerləşən yaşayış binasının beşinci mərtəbəsində, yaşayış olmayan mənzildə xüsusi aqro-texniki qaydada qulluq edərək narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb. Araşdırmalarla onun həmin qəsəbə sakini, “Pedro” ləqəbli Turqay Ağayev olduğu müəyyən edilib.Dindirilmə zamanı Turqay Ağayev törətdiyi cinayət əməlini etiraf edərək, çətənə kollarını may ayında əkdiyini və şəxsi istifadəsi üçün yetişdirdiyini bildirib.

Polis əməkdaşları tərəfindən saxlanılan tərəfindən dibçəklərdə əkilmiş 8 ədəd çətənə bitkisi maddi sübut kimi götürülüb və bioloji ekspertizaya təqdim olunub.Faktla bağlı Xızı Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.

Emin Vaqifoğlu  SPACE TV

Paylaş

 Xəbəriniz olsun