Bu axşam bulvarda atəşfəşanlıq olacaq

  • Space TV
  • 10 Dekabr 2020 17:40

Bu gün Vətən müharibəsindəki qələbə münasibətilə təşkil edilən Zəfər paradının ardından qalibiyyət tədbirləri davam etdiriləcək.

Spacetv.az Modern.az-a istinadən xəbər verir ki, axşam 19:00 – 20:00 radələrində Bakı bulvarında möhtəşəm atəşfəşanlıq təşkil ediləcək.

Əldə etdiyimiz digər məlumata görə, pandemiya, həmçinin qüvvədə olan “Hərbi vəziyyət haqqında” Qanunun tələblərindən irəli gələrək, vətəndaşların komendant saatına düşməməsi üçün əvvəlcədən bu barədə ictimaiyyətə məlumat verilməyib.

Paylaş

 Xəbəriniz olsun