Bu axşam Bakıda internet problemi olacaq – DİQQƏT!

  • SpaceTV
  • 21 Noyabr 2019 17:24

Noyabrın 21-də axşam saatlarında “Bakı Telefon Rabitəsi” MMC-nin internet şəbəkəsində xidmət keyfiyyətinin artırılması və şəbəkənin gücləndirilməsi istiqamətində təkmilləşdirmə işləri həyata keçiriləcək.

SPACE TV-in məlumatına görə, bununla əlaqədar müvafiq xidmətlərin göstərilməsində qısa fasilələrin yarana biləcəyi qeyd olunub.

Profilaktik tədbirlər yekunlaşdıqdan sonra internet xidmətinin fəaliyyəti tam bərpa ediləcək.

Paylaş

 Xəbəriniz olsun