Bu ərazilərdə qaz kəsildi

  • SpaceTV
  • 7 Avqust 2019 11:06

“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, Qaz İxrac İdarəsinin balansında olan “Azadkənd-İmişli” magistral qaz kəmərində korroziyaya uğramış hissələrin dəyişdirilməsi və aşkar olunmuş qaz sızmalarının ləğvi işləri icra olunacaq.

Elə bu səbəbdən də,  saat 06:00-dan 21:00-a qədər bir sənaye müəssisəsində, Saatlı və İmişli rayonlarının isə bir neçə yaşayış məntəqəsində saat 08:00-dan 20:00-a qədər qaz təchizatı dayandırılıb.

İşlər başa çatana qədər isə saat 09:00-dan “Dondarquşçu” Qaz Paylayıcı Stansiyasında yenidənqurma işləri ilə bağlı olaraq Tovuz şəhərində və bir neçə kənddə qaz təchizatında məhdudiyyətlər qoyulub.

Paylaş

 Xəbəriniz olsun