BSU-nun şöbə müdiri 100-dən çox tələbənin təhsil haqqını mənimsəyib

  • Space TV
  • 28 Yanvar 2021 14:52

Azərbaycanda şöbə müdiri tələbələrin pulunu mənimsəməkdə günahlandırılır.

Spacetv.az “Report”a istinadən xəbər verir ki, Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva 100-dən çox tələbənin təhsil haqqı kimi ödədiyi 1 000-7 000 min manat pulunu mənimsəyib.

Hadisədən sonra həmin şöbə müdiri işdən çıxarılıb.

Hüquq-mühafizə orqanlarından “Report”a fakt təsdiqlənib. Bildirilib ki, hazırda faktla bağlı araşdırma aparılır.

BSU-dan isə “Report”a bildirilib ki, məsələ ilə bağlı açıqlama veriləcək.

Paylaş

 Xəbəriniz olsun