BŞİH: Yeni yaradılmış ictimai çimərliklər pulsuzdur

  • SpaceTV
  • 27 Avqust 2019 16:30

“Son bir neçə gündə yeni yaradılmış ictimai çimərliklərdəki vəziyyətlə bağlı bəzi KİV-lərdə həqiqətə uyğun olmayan xəbərlər verilib. Tam rəsmi şəkildə bildiririk ki, Bakı şəhərində Səbail rayonu “Şıx” ərazisində, Xəzər rayonu Buzovna və Binəqədi rayonu Görədil qəsəbələrində IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə yeni yaradılmış ictimai çimərliklər pulsuzdur”.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin yaydığı açıqlamada bildirilib.

Qeyd edilib ki, çimərliklərdə sanitar vəziyyətin lazımi səviyyədə saxlanilması və təmizlik işlərinin aparılması üçün xidmət personalı fəaliyyət göstərir və bura nəzarətdə saxlanılır:

“Həmin KİV-lərdə qeyd olunanlar isə şaiyələrdən başqa bir şey deyildir”.

Paylaş

 Xəbəriniz olsun