BŞİH-dən yolların təmizlənməsi ilə bağlı AÇIQLAMA

  • Space TV
  • 24 Fevral 2021 13:15

Bakı Şəhər İcra Hakimiyyəti qarlı və çovğunlu hava şəraiti ilə əlaqəli görülən işlərlə bağlı açıqlama verib.

İcra Hakimiyyətindən bildirilib ki, Bakıya 12 saatdır dayanmadan qar yağır:

“Bakıda düşən yağıntının miqdarı 18 mm olub. Bu da aylıq normanın 90%-i həcmindədir. Hidrometeoroloqların məlumatına görə, 2012-ci ildən sonra fevral ayında belə kəskin hava şəraiti qeydə alınmayıb və bu, Bakıda ən aşağı temperatur göstəricisi olub. Həmin il havanın temperaturu paytaxtda mənfi 11 dərəcə olub, bu da rekord göstərici idi. 

Bütün bunlara baxmayaraq, şəhərin kommunal strukturları gecədən etibarən şəhər üzrə qarın təmizlənməsi işlərinə başlayıb. Texnika vasitəsilə yollara duz və kimyəvi maddələr səpilib. Bu işlər gün ərzində xüsusi qrafiklə davam etdiriləcək”.

Həmçinin BŞİH avtomobil sürücülərinə müraciət edir ki, texniki cəhətdən problemli avtomobillərin yola çıxmağı qətiyyən tövsiyə edilmir, bu, nəqliyyatın və piyadaların hərəkəti üçün təhlükə yaradır. 

Paylaş

 Xəbəriniz olsun