Bronxial astmalı uşaqların sayı artır

  • SpaceTV
  • 6 Sentyabr 2019 12:59

Son illər tənəffüs yolu xəstəliklərinin içərisində ən geniş yayılanı bronxial astmadır. Bronxial astmaya müxtəlif yaşlarda rast gəlmək olar. Ancaq bu xəstəlik uşaqlar arasında daha çox yayılıb.  Bronxial astma təkcə Azərbaycanda deyil, bütün dünyada pediatriyanın ən aktual problemlərindən biri hesab olunur.

Həkim Fidan Əlirzayeva (pediatr/allerqoloq) uşaqlarda olan bu xəstəliklərin törəmə səbəblərini açıqlayaraq bildirib ki, “Uşaq yaşlarında olan asma tutmalarına səbəb olan allergenlər başqadır. Məsələn bronxial astma məktəb yaşlı uşaqlarda daha çox rast gəlinir. Bunun başlıca səbəbi isə burada stress vəziyyəti , müxtəlif qida mənşəli allergenlər , havanın çirkli olması, tozlu olması, məktəbdə uşaqların dəhlizlərdə qaçmaları bu kimi simptomlardır . Bunların hamısına uşaq yaşlarında parazit xəstəliklər geniş olması səbəb ola bilər” –deyə həkim qeyd edib.

Həkim onuda bildirib ki, ekoloji problemlər, qida məhsullarının tərkibindəki  müxtəlif maddələr bronxial astma xəstəliyinin yaranmasına səbəb olan amillərdəndir.  Amma  burda genetik faktorlar daha mühüm rol oynayır. Xəstəlik özünü  1 yaşdan yuxarı uşaqlarda biruzə verir. Çünki məhz bu yaşdan sonra uşaqların ətraf mühitlə təması başlayır. Ümumiyyətlə bu xəstəliyə  immun sistemi  zəif olan insanlarda daha çox rast gəlinir.

Həkimlər aptekdən dərman alaraq özünü müalicə etmək istəyənləri diqqətli olmağa çağırırlar. Çünki allergiya sadə görünsə də, mürəkkəb mexanizmlərlə baş verir. Allergik xəstələr müalicə olunmasa bronxit, bronxial asma və əlilliyə səbəb olan xroniki tənəffüs çatışmazlığına gətirib çıxara bilər. Allergiyaya meylliliyi olan insanlara tərkibində kimyəvi maddələr və konservantlar olmayan təbii qida məhsullarından istifadə etmələri tövsiyə olunur.

Həkim onu da qeyd edib ki, böyüklərdə əsasən bronxial astma peşə xəstəliyidir. Bronxial asma xəstəliyinin müalicəsi demək olar ki, 90 faiz hallarda mədə bağırsaq sistemindən asılıdır deyə Fidan Ə. əlavə edib.  

Statistikaya görə  ölkəmizdə  hər il  bronxial astma xəstəliyinə tutulanların  sayı 75-200 arası çoxalır. Dünyada isə atmosferin müxtəlif zərərli tullantılarla çirklənməsi  hər il 4 milyon uşağın bronxial astmaya yoluxmasına yol açır. Hazırda dünya əhalisinin 235 milyon nəfər tənəffüs yolu xəstəliyindən əziyyət çəkir.  Hər il 400 minə yaxın şəxs  isə bu xəstəlikdən və onun fəsadlarından dünyasını dəyişir.

Lalə Ülviqizi – Space

Paylaş

 Xəbəriniz olsun