Britaniyanın dövlət naziri Azərbaycana gəldi – FOTO

  • Space TV
  • 8 Fevral 2021 10:28

Birləşmiş Krallığın Avropa Qonşuluğu üzrə dövlət naziri Vendi Morton Azərbaycana səfərə gəlib.

Bununla bağlı o, “Twitter” hesabında məlumat verib. 

O, fikirlərini Azərbaycan dilində “Salam Bakı, Azərbaycan!” sözləri ilə başlayıb. 

V.Morton Azərbaycana ilk dəfə səfər etdiyini bildirib. 

“Azərbaycan Xarici İşlər Nazirliyi ilə qadın hüquqlarının müdafiəsi və gender əsaslı zorakılığa qarşı mübarizə sahələrində əməkdaşlıq əlaqələrini gücləndirməklə bağlı müzakirələr aparacağam”, – deyə britaniyalı nazir qeyd edib.

Paylaş

 Xəbəriniz olsun