Britaniyalıların böyük hissəsi Consonun istefasını istəyir

  • Space TV
  • 11 Yanvar 2021 17:26

Böyük Britaniya əhalisinin böyük hissəsi Baş nazir Boris Consonun istefaya getməli olduğunu düşünür.

Bu barədə “Opinium” şirkəti sorğu keçirib.

Respondentlərin 43 faizi Baş nazirin istefa verməli olduğunu düşünür. Yalnız 40 faiz sorğu iştirakçısı B.Consonun vəzifə başında qalmasını istəyib. Sorğuda iştirak edənlərin 72 faizi hökumətin koronavirusla mübarizə sahəsində kifayət qədər sürətli hərəkət etmədiyini bildirib.

Paylaş

 Xəbəriniz olsun