Britaniyalı qadın-kosmonavt yadplanetlilərin varlığı haqda açıqlama verdi

  • Space TV
  • 7 Yanvar 2020 11:37

Britaniyanın ilk qadın kosmonavtı Helen Şerman yadplanetlilərin insanlar arasında yaşadığını ehtimal edib.

Yadplanetlilər haqqında fikirlərini qadın “Observer” jurnalına müsahibəsində bölüşüb.

“Kainatda milyardlarla ulduz var və burada mütləq müxtəlif növ həyat olmalıdır”, – deyə Şerman bildirib.

Onun fikrincə, yadplanetlilər insanlar arasında yaşayır, lakin fərqli maddələrdən ibarət olduqları üçün biz onları görə bilmirik.

Paylaş

 Xəbəriniz olsun