Britaniyalı nazir: “Qarabağla bağlı razılaşmanı alqışlayırıq”

  • Space TV
  • 11 Noyabr 2020 10:10

Böyük Britaniya Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinə son qoymaq üçün əldə edilən razılaşmanı alqışlayır.

Bu sözləri Böyük Britaniyanın xarici işlər naziri Dominik Raab özünün “Twitter” hesabında yazıb.

“Daha çox insan itkisinin qarşısını almaq üçün çətin qərarlar veriblər. Bütün tərəfləri vətəndaşların rifahı naminə davamlı sülhə nail olmaq üçün birlikdə çalışmağa çağırırıq”, – o bildirib.

Paylaş

 Xəbəriniz olsun