Britaniyada məktəblilərə öskürmək qadağan edilib

  • Space TV
  • 1 Sentyabr 2020 17:10

Böyük Britaniyada məktəblilər üçün tətbiq edilən yeni qaydalara əsasən, təhsil müəssisələrində qəsdən öskürmək və koronavirusla bağlı zarafatlaşmaq qadağan olunub.

Spacetv.az xəbər verir ki, məlumatı “Daily Mail” yayıb.

Belə ki, yeni qərara əsasən, London məktəblərindən birində zarafat məqsədilə öskürən şagird  təhsil müəssisəsindən qovula bilər.

Bununla yanaşı, Derbi şəhərindəki məktəblərdə hər sinif üçün bir tualet nəzərdə tutulub. Buna görə də, digər sinfə aid tualetə daxil olanların ciddi cəzalandırılacağı bildirilib.

Paylaş

 Xəbəriniz olsun