“Britaniya ştammı”nı müəyyən edən ilk test Rusiyada qeydiyyatdan keçdi

  • Space TV
  • 15 Fevral 2021 11:06

Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi üzrə Federal Xidmətinin (Rospotrebnadzor) epidemioloqları koronavirusun N501Y (Britaniya ştammı) mutasiyasını müəyyən edən test sistemi hazırlayıblar.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Artıq test sisteminin kliniki sınaqlarının uğurla başa çatdığı və Rusiya ərazisində istifadə üçün qeydiyyatdan keçirildiyi bildirilib. Test sisteminin yüksək dəqiqlik nümayiş etdirdiyi qeyd olunur.

Qurumdan bildirilib ki, sözügedən texnologiyadan istifadə etməklə alimlər gələcəkdə də SARS-CoV-2-nin istənilən mutasiyasını müəyyən edə biləcəklər.

Paylaş

 Xəbəriniz olsun