Britaniya şirkəti koronavirus peyvəndinin istehsalına başladı

  • SpaceTV
  • 5 İyun 2020 17:44

Britaniya-İsveçin əczaçılıq şirkəti “AstraZeneca” tibbi sınaqlar başa çatmadan və tənzimləyici orqanların razılığını gözləmədən koronavirus infeksiyasına qarşı peyvəndin istehsalına başlayıb.

Bu barədə “The Guardian” məlumat yayıb.

Şirkətin icraçı direktoru Paskal Sorionun sözlərinə görə, hələlik peyvəndin istehsalı plan üzrə gedir. O qeyd edib ki, peyvənd onun effektivliyi ilə bağlı nəticələr əldə olunmazdan əvvəl hazır olacaq. Şirkət bu məlumatları yayın sonunda əldə edəcək.

“Odur ki, sentyabr ayında biz peyvəndimizin olub-olmadığını biləcəyik”, – deyə şirkət direktoru bildirib.

Paylaş

 Xəbəriniz olsun