Britaniya parlamenti “Brexit” haqqında qanun layihəsinə bu həftə baxacaq

  • Space TV
  • 16 Dekabr 2019 18:26

“Brexit”in həyata keçirilməsi ilə bağlı qanun layihəsinin dekabrın 20-də Böyük Britaniya parlamentinin İcmalar Palatasının yeni tərkibinin müzakirəsinə çıxarılacağı planlaşdırılır.

SPACE TV  TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Boris Consonun rəsmi nümayəndəsi bildirib.

“Avropa İttifaqından çıxışla bağlı qanun layihəsinin təsdiqlənməsi prosesinə Miladdan əvvəl başlamağı planlaşdırırıq, cümə günü layihəni parlamentin müzakirəsinə çıxarmağı planlaşdırırıq”, – baş nazirin ofisinin əməkdaşı söyləyib.

Paylaş

 Xəbəriniz olsun