Britaniya ilə Azərbaycan arasında hərbi əməkdaşlıq – Səfirlik açıqladı

  • Space TV
  • 26 İyun 2020 11:24

Böyük Britaniya Azərbaycanı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.

SPACE TV -ın xəbərinə görə, bununla bağlı Böyük Britaniyanın Azərbaycandakı səfirliyi açıqlama yayıb.

Bildirilib ki, Britaniya Azərbaycanla güclü ikitərəfli münasibətləri inkişaf etdirməkdə, həmçinin, NATO vasitəsilə və çoxmillətli əməliyyatlar üzrə əməkdaşlıqda maraqlıdır

“COVID-19-un yaratdığı çətinliklərə baxmayaraq, azərbaycanlı zabitlər güclü əlaqələri və qarşılıqlı anlaşmanı möhkəmləndirərək, Böyük Britaniyada təlimlərinə davam edirlər”, – deyə açıqlamada bildirilir.

Qeyd edək ki, bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür.

Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 26 iyun 1918-ci il tarixli qərarı ilə Gəncədə yaradılıb.

Paylaş

 Xəbəriniz olsun