Britaniya benzinlə işləyən avtomobillərdən daha tez imtina edə bilər

  • SpaceTV
  • 21 Sentyabr 2020 15:50

Böyük Britaniya hökuməti benzin və dizel avtomobillərinin satışını əvvəllər nəzərdə tutulduğu kimi 2040-cı ildən yox, 2030-cu ildən tam dayandırmaq məsələsini araşdırır.

Spacetv.az “The Guardian”a istinadən xəbər verir ki, baş nazir Boris Conson koronavirus pandemiyasından sonra yaşıl iqtisadiyyatın bərpasına rəvac vermək üçün bu payızda elektromobillərə keçməyi tezləşdirmək barədə açıqlama verib. Belə ki, hökumət bu məsələdə planları bu həftədən etibarən hazırlamağı güman etsə də, koronavirusa yoluxmaların artması səbəbindən məsələ ilin sonunadək təxirə salınır.

İqlim Dəyişiklikləri Komitəsi tərəfindən dəstəklənən sözügedən plan cari əsrin sonunadək karbon işlətməyən iqtisadiyyata keçməklə bağlı milli planlarla həmahəng ərsəyə gətirilib.

Qeyd edək ki, benzin və dizel avtomobillərinin satışına son vermək planları həmçinin Norveçdə 2025-ci ildən, Almaniya, İrlandiya, Niderlandda 2030-cu ildən, Fransada 2040-cı ildən həyata keçiriləcək.

Paylaş

 Xəbəriniz olsun