Braziliyada virus sürətlə artmağa davam edir: Son üç gündə 2500 insan ölüb

  • SpaceTV
  • 15 May 2020 12:42

Cənubi Amerika ölkəsi Braziliyada son günlərdə koronavirus kəskin şəkildə artmağa başlayıb.

SPACE TV  xəbər verir ki, son bir gün ərzində ölkədə virus səbəbindən 844 nəfər həyatını itirib. Ölkədənin dünən koronavirusa yoluxan 808 nəfər, ondan əvvəlki gün isə 881 nəfər həyatənə itimişdi. Bununla da son 3 gündə artıq virusdan ölənlərin sayı 2 min 500-ü keçib.

Ümumilikdə Braziliyada virusdan ölənlərin sayı 13 min 993 olub. Ölkədə evsiz insanlar arasında virus kəskin sürətlə artır. Braziliyanın ən yüksək evsizlik faizinə sahib San-Paulu şəhərində 22 evsiz koronavirus səbəbindən həyatını itirib. Ölkədəki qurumlar evsiz insanların virus qaynağı ola biləcəyi ilə bağlı xəbərdarlıq ediblər.

Artıq Braziliya yoluxma sayında Almaniyanı geridə buraxaraq dünyada 7-ci olub.

Paylaş

 Xəbəriniz olsun