Braziliya yardıma etiraz etdi

  • SpaceTV
  • 27 Avqust 2019 16:49

Braziliya hökuməti Amazon meşələrində baş verən yanğınlara qarşı mübarizədə ayrılacaq beynəlxalq maliyyə yardımından imtina edəcək. Bunu Braziliya prezidentinin mülki ofis rəhbəri Oniks Lorençoni bəyan edib. Lorençoni deyib ki, Braziliya özü istənilən ölkəyə meşələri necə xilas etməyi öyrədə bilər. 

Söhbət Fransa prezidenti Emmanuel Makronun “Amazon hövzəsindəki kütləvi meşə yanğınlarının söndürülməsi üçün region ölkələrinə 20 milyon avroyadək vəsait ayrılacaq” açıqlamasından gedir. “Bu maliyyə yardımı Avropa meşələrini bərpa etmək üçün daha uyğundur. Makron, bəşəriyyətin mədəni irsi olan kilsədə gözlənilən yanğının qarşısını ala bilmədi və yenə də bizə bir şey öyrətmək istəyir?” deyə ofis rəhbəri bildirib. Lorençoni deyib ki, Braziliya özü istənilən ölkəyə meşələri necə xilas etməyi öyrədə bilər.

 Bu arada isə  BMT baş  katibi Antonio Quterreş G7 sammitində çıxışı zamanı deyib ki, Atmosferdə karbon qazının səviyyəsi ən yüksək həddə çatıb. Baş katib atmosferdə belə həddə karbon qazının sonuncu dəfə 3-5 milyon il əvvəl meydana gəldiyini söyləyib. Quterreş 2019-cu ilin iyulunun tarixin ən isti ayı olduğunu bildirib. O, həmçinin, 2015-2019-cu illərin meteomüşahidə tarixinin ən isti dövrü ola biləcəyini də deyib. Qrenlandiyada buzların sürətlə əridiyini deyən Quterreş təkcə iyul ayında adada 179 milyard ton buzun əridiyini bildirib. O, Sibir, Alyaska, Kanada, Qrenlandiya və Amazoniyada olan meşə yanğınlarının atmosferə onlarla meqaton karbon qazının yayılmasına səbəb olduğunu vurğulayıb.

Paylaş

 Xəbəriniz olsun