Braziliya lideri koronavirusa qarşı tədbirləri “uydurma” adlandırdı

  • SpaceTV
  • 19 Mart 2020 15:08

Braziliyanın Prezidenti Jair Bolsonaro koronavirusa qarşı tədbirləri “isteriya və uydurma” adlandırıb.

“HaberGlobal”ın məlumatına görə, o, bu barədə yerli televiziyaların birində danışıb.

Bundan sonra onun fikirlərinə etiraz edən braziliyalılar evlərinin eyvanına çıxıb qazan və tavaları bir-birinə vuraraq, işıqları yandırıb-söndürərək etiraz ediblər.

Braziliyada koronavirusdan dörd nəfərin öldüyü, iki nazir də daxil olmaqla, 500 nəfərin virusa yoluxduğu qeyd edilir.

Xatırladaq ki, martın 13-də Bolsonaronun özünün də koronavirusa yoluxduğu barədə xəbər yayılmışdı.

Paylaş

 Xəbəriniz olsun