Braziliya “Facebook”u 1,6 milyon dollar cərimələdi

  • Space TV
  • 31 Dekabr 2019 10:13

Braziliya hökuməti “Facebook” şirkətini və onun braziliya şöbəsini “Cambridge Analytica” (İngiltərə) şirkətin vasitəsinən informasiya axını ilə bağlı məsələyə görə 1,6 milyon dollar məbləğində cərimələyib.

SPACE TV bildirir ki, bu barədə Brazilya Respublikasının Ədliyyə və İctimai Təhlükəsizlik Nazirliyinin saytında dərc olunan məlumatda deyilir.

Ədliyyə Nazirliyinin tabeliyindəki tənzimləyiciyə görə, söhbət “440 mindən çox istifadəçinin şəxsi məlumatlarının şübhəli məqsədlər üçün istifadəsindən gedir”. Bundan əlavə Nazirlik istifadəçi məlumatları ilə işləyərkən standart profil məxfilik parametrlərini seçməyin nəticələri barədə qeyri-kafi şəkildə məlumatlandıran şirkətləri zəif təhlükəsizlik tədbirlərinə görə tənqid edib

Paylaş

 Xəbəriniz olsun