BP və tərəfdaşları 200 Azərbaycan vətəndaşının təlimini maliyyələşdirəcək

  • Space TV
  • 14 Noyabr 2020 14:35

BP və onun Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları 200 nəfər Azərbaycan vətəndaşının təlimini Azərbaycan Beynəlxalq Bankı ilə birlikdə maliyyələşdirməklə IBA Tech Akademiyası təşəbbüsünə qoşulduqlarını bildiriblər.

Spacetv.az xəbər verir ki, bu barədə “BP Azərbaycan” tərəfindən məlumat verilib.

Layihə ölkədə rəqəmsal texnologiyalar üzrə yeni nəsil işçi qüvvəsinin təliminə dəstək vermək üçün nəzərdə tutulub. Proqram sosial və iqtisadi inkişafın bütün sektorlarını təmsil edən təxminən 100 nəfər Azərbaycan vətəndaşına təlim verməyi nəzərdə tutmaqla ötən il fəaliyyətə başlayıb. BP və tərəfdaşlarının dəstəyi ilə bu il proqramdakı iştirakçıların sayı iki dəfə artacaq.

Təhsil proqramı İsrailin İT mütəxəssisləri üçün təlim metodu (Telem) əsasında hazırlanıb. Hazırda akademiya kodlaşdırmanın əsas sahələrini əhatə edən reallığı əks etdirən intensiv təlim proqramları üzrə təlim keçir.

Layihənin müddəti 12 aydır və dəyəri 400 min manatdır. Bu məbləğin 200 mini BP və tərəfdaşları tərəfindən təmin olunacaq və qalan 200 mini isə Azərbaycan Beynəlxalq Bankı tərəfindən maliyyələşdiriləcək.

Paylaş

 Xəbəriniz olsun