Böyürtkən sahəsi

  • SpaceTV
  • 22 Oktyabr 2019 16:17

Cəlilabadda ilk və yeganə böyürtkən təsərrüfatı 4 il əvvəl salınıb. Türkiyədən gətirimiş tinglər  üzüm bağı formasında əkilib. Böyürtkən kolarından intensiv məhsul 2 il sonra əldə olunur. Bundan ötrü isə bağa düzügün aqrotexniki qulluq və bitki mühafizə tədbirlərinin vaxtlı-vaxtında aparılması tələb olunur.Əks halda kollar rütubətin təsirindən tez-tez müxtəlif xəstəliklərə yoluxa bilər.

Məhsulun yetişmə dövrü yay aylarında düşdüyü üçün bağdakı meyvələri  təbii və xarici təsir amillərindən qorunması vacibdir. Böyürtkən sahəsi xüsusi örtüklərlə örtülüb. Bu örtüklər yayda məhsulu günəş şuasından, eləcə də çölquşlarının onlara ziyan vurmasından qoruyur.

Orta hesabla bir böyürtikən kolu il ərzində 15 kq-a yaxın məhsul verir. Meyvəsinin qiyməti isə 4-5 manat arasında dəyişir. Məhsul bölgə bazarları ilə yanaşı paytaxt bazarlarında satşa çıxarılır.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun