BÖYÜK SAVAŞIN ARXA CƏBHƏSİ-VİDEO

  • SpaceTV
  • 7 Avqust 2020 11:38

Koro­­­­navirus pandemiyası ilə mübarizədə, virusun yayılmaması üçün dizenfeksiya məhlullarından istifadə edilir. Bəs bu məhlullar harada və necə istehsal edilir? Space TV-nin məlumatına görə küçələrin, blokların, ofislərin, müəssisələrin dizenfeksiya edilməsində istifadə edilən məhlulların istehsal prosesi zamanı kəskin qoxu yayıldığından hazırlanma prossesi açıq havada aparılır. İstehsal prosesinə başlanılmadan öncə məhlul laboratoriyada analiz edilir.

Azərbaycanda bir neçə istehsalçıya bu preparatların hazırlanması üçün lisenziya verilib. Bir sıra məhsullar elə Səhiyyə Nazirliyinin sifarişi əsasında hazırlanır. Burada antibakterial dizenfeksiya gelləri də hazırlanır. Bu istiqamətdə rəqabət olduğundan bazarda bir sıra saxta məhsullara da rast gəlmək mümkündür. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov islehlakçıları gel alarkən diqqətli olmağa çağırır.

Xatırladaq ki, Covid 19 pandemiyası ilə mübarizədə tibbi spirtlərin də istehsalı üçün bir neçə müəssisəyə lisenziya verilib və dövlət dəstəyi göstərilir.

Paylaş

 Xəbəriniz olsun