Böyük Dəbilqə: Azərbaycan cüdoçusu finala yüksəldi

  • Space TV
  • 18 Fevral 2021 16:09

Azərbaycan cüdoçusu Davud Məmmədsoy İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqədə yarımfinal görüşünə çıxıb.

Spacetv.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı bu raundda Rusiya təmsilçisi Ramazan Abdulaevlə üz-üzə gəlib. Rəqibinə qalib gələn Məmmədsoy finala yüksəlib. Eyni çəkidəki Kəramət Hüseynov 1/16 finalda Eşli Makkenziyə (Böyük Britaniya) uduzub.

66 kq-dakı Avropa çempionu Orxan Səfərov 1/8 finalda Amit Boboviçlə (İsrail) bacarmayıb, Nicat Şıxəlizadə isə Petr Jukovu (Rumıniya) məğlub etsə də, 1/4 finalda Artur Tenin (Qırğızıstan) müqavimətini qıra bilməyib. O, təsəlliverici görüşdə iştirak hüququ qazanıb.

Qadınların yarışında Leyla Əliyeva 1/6 finalda Şira Rişoni (İsrail) ilə dueldən məğlub ayrılıb. Eyni çəkidəki Aişə Qurbanlı onun həmyerlisi Tamar Malkaya qalib gəlsə də, 1/8 finalda Şirine Buoukliyə uduzub.

57 kq-da mübarizə aparan Gültac Məmmədəliyeva da ilk görüşdə Eleudis Valentimə (Braziliya) qalib gəlib, 1/8 finalda isə Astride Gnetoya (Fransa) məğlub olub.

Qeyd edək ki, Böyük Dəbilqəyə fevralın 20-də yekun vurulacaq. Azərbaycan millisi yarışda 15 cüdoçu ilə təmsil olunur.

Paylaş

 Xəbəriniz olsun