Böyük Britaniyada Şuşa haqqında məqalə yayımlanıb

  • Space TV
  • 1 Fevral 2021 15:46

Böyük Britaniyada fəaliyyət göstərən soydaşımız Ülvi Pepinovanın “Azerbaijan in Focus” xəbər portalında “Şuşa – Azərbaycanın mənəvi, musiqi və mədəniyyət beşiyidir” adlı məqaləsi yerləşdirilib.

Spacetv.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, məqalədə “Qafqazın konservatoriyası” adlandırılan Şuşa şəhərinin tarixi, milli-mədəni irsi, Azərbaycanın görkəmli şairlərinin, bəstəkarlarının və musiqiçilərinin vətəni olduğu barədə ətraflı məlumat verilib. 

Ermənistanın 28 illik işğalı dönəmində Şuşanın mədəni soyqırıma məruz qaldığı, azərbaycanlıların tarixi irsinin bu şəhərdən silinməsinə cəhd edildiyi nəzərə çatdırılıb:

“Şuşanın, eləcə də bütün Qarabağ bölgəsində tarixi-mədəni irsin dağıdılmasından çox kədərlənən azərbaycanlılar hazırda xarabalıqlardan ibarət olan bu yerlərin bərpa olunmasının yeni dövrünə qədəm qoyurlar”. 

Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

Paylaş

 Xəbəriniz olsun