Böyük Britaniyada hava taksilərindən istifadə olunacaq

  • Space TV
  • 26 Avqust 2020 16:35

Böyük Britaniyanın “Vertical Aerospace” şirkəti hava taksisi yaratmaq planlarını açıqlayıb.

Spacetv.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, 76 kilometrlik məsafəni 30 dəqiqəyə qət edəcək hava nəqliyyatının prototipi 2021-ci ilin sentyabr ayında təqdim olunacaq.  

Təyyarədə pilot da daxil olmaqla beş nəfər yerləşə biləcək.

Hava taksinin maksimal sürəti saatda 241 kilometr təşkil edə bilər.

Paylaş

 Xəbəriniz olsun