Böyük Britaniyada “COVİD pasport”ları tətbiq oluna bilər

  • SpaceTV
  • 23 Noyabr 2020 10:15

Böyük Britaniya hökuməti koronavirusa qarşı peyvənd olunmuş şəxslər üçün “COVİD pasport”larının tətbiqi məsələsini müzakirə edir.

Spacetv.az xəbər verir ki, bu barədə “The Sunday Times” məlumat yayıb.  

Sözügedən addımın vaksinasiya olunmuş şəxslərin ölkə ərazisində sərbəst hərəkətinə imkan verəcəyi qeyd olunur.

Baş nazir Boris Consonun sözügedən qərarı noyabrın 23-də açıqlaması gözlənilir.

Paylaş

 Xəbəriniz olsun