Böyük Britaniyada altı nəfərdən çox adamın bir yerə toplanması qadağan edilir

  • Space TV
  • 9 Sentyabr 2020 10:40

Böyük Britaniya hökuməti koronavirus infeksiyasına yoluxma hallarının artması ilə əlaqədar olaraq ölkə sakinlərinin qrup halında altı nəfərdən çox bir yerə toplanmasını yenidən qadağan edəcək.

Bu barədə Baş nazir Boris Consonun ofisi rəsmi məlumat yayıb.

Yeni məhdudiyyətlər 14 sentyabrdan etibarən sərtləşdiriləcək.

Hal hazırda İngiltərə ərazisində qrup halında 30-dan çox adamın bir yerə toplanmasına qadağa qoyulub.

Bu qadağaya əməl etməyən Böyük Britaniya vətəndaşlarını 100 funt-sterlinq (223 manat) cərimə gözləyir.

Paylaş

 Xəbəriniz olsun