Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun yenidən qurulması işləri yekunlaşıb

  • SpaceTV
  • 6 Sentyabr 2019 12:02

Turizm rayonu sayılan Qəbələdə uzunluğu 19 km olan Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun yenidən qurulması işləri yekunlaşıb.

Böyük Əmilli-Bılıx-Əmirvan avtomobil yolu uzun illər istismar olunduğundan təmirlərarası istismar müddətini keçmiş, yolda çoxlu sayda çalalar, çökmələr və qabarmalar nəqliyyatın hərəkətində çətinliklərin yaranmasına səbəb olmuşdur.

Layihəyə uyğun olaraq, mövcud örtük sökülərək kənara daşınıb, yolun deformasiyaya uğramış hisələri qazılaraq çıxarılıb, əks-dolğu işləri görülüb və kipləşdirilib, alt və üst layının tikintisi işləri görülüb. Bu işlər 100 min kv.m-dən çox sahəni əhatə edib.

IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun hazırda hərəkət hissəsinin eni 6 metr, hər bir istiqamət üzrə çiyin hissələrin eni 2 metr olmaqla yol yatağının eni 10 metr təşkil edir.

Yol boyu mövcud suötürücü metal borular korroziyaya uğrayaraq çürümüş, dəmir-beton boruların başlıq hissələri sınmış və istismar üçün yararsız vəziyyətə düşmüşdür. Bu üzdən yol boyu müxtəlif diametrlərə malik 95 ədəd yeni suötürücü borular quraşdırılıb.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yolun asfaltlanması işləri də aparılıb. Belə ki, yolun təqribən 120 min kv.m sahəsinə əlaqələndirici bitum səpilməklə yol örtüyünün alt və üst layı 12 sm hündürlüyündə iri və xırda dənəli asfalt-beton qarışığı ilə inşa edilib. Həmçinin layihə çərçivəsində Zalamçay üzərində yerləşən və 42 metr uzunluğa malik avtomobil körpüsü qəza vəziyyətində olduğu üçün əvəzinə 4 aşırımlı yeni körpü inşa edilib.

 Layihənin sonuncu mərhələsində zəruri olan yerlərdə 8 avtobus dayanacağı inşa edilib, hərəkətin normal təşkili üçün yol nişanları, siqnal dirəkləri və km göstəriciciləri quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilib.

Paylaş

 Xəbəriniz olsun