Boşanmaq istəyən arvadını poçta çağırıb öldürdü

  • SpaceTV
  • 13 Dekabr 2019 16:28

Türkiyənin Bursa şəhərində arvadını poçta çağıraraq, aldadıb öldürən şəxsin məhkəməsi olub.

DHA-nın xəbərinə görə, Osmanqazi rayonunda Əli Canıtez boşanma ərəfəsində olduğu arvadı Aynur Canıtezi poçta çağıraraq öldürüb.

Belə ki, adına bağlama gəlməsi ilə bağlı xəbər alan Aynur poçta gedib.

Poçt məntəqəsinda adına bağlama gəlmədiyini öyrəndiyi zaman əri Əli içəri daxil olaraq, odlu silahla onu güllələyib.

Nəticədə, qadın hadisə yerində ölüb.

Cinayəti törədəndən sonra Samsuna valideynlərinin yanına gedəndə tutulan şəxs arvadını ondan boşanmaq istədiyi üçün öldürdüyünü və tuttuğu əməldən peşman olduğunu deyib.

Barəsində 16 il 8 ay həbs cəzası verilən Əli həbsdən çıxdıqdan sonra əlil övladı Səlcuğa sahib çıxacağını deyib.

Paylaş

 Xəbəriniz olsun