Boşanmaların sayı artıb

  • SpaceTV
  • 19 Avqust 2019 11:47

Azərbaycanda son 5 il ərzində nikaha daxil olanların sayı azalıb, boşananların sayı isə  artıb. Nəzərə alsaq ki , ailə dağılmaq üçün yox qurulmaq üçün mövcud olmalıdır onda 1 sual ortaya çıxır . Günü – gündən ailəlik müddətini qısaldıb  tez boşanmağa qərar verən cütlükləri bu addımı atmağa nə vadar edir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirir ki, müasir dövrdə ailələrin dağılmasının əsas səbəbi heç də maddi durumla bağlı deyil. Belə olan halda bəs görəsən problemin kökündə nə dayanır?   

Bir çox ailələr məhz bu problemlər üzündən boşanır.Bu ilin altı ayında qeydiyyat şöbələri tərəfindən 8 min 257 boşanma, 29 min  391 nikah halları  qeydə alınıb. Bu,  ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə, boşanmaların sayı 1,5-dən 1,7-yə , nikahların sayı 5,7-dən 6-ya qədər artması deməkdir. Statistikadan da göründüyü kimi nigah sayında 3 faiz artım var .

Hesabatda həmçinin qeyd olunub ki, bu ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 66687 doğulmuş körpə qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (13,6) qalıb.

Doğulan körpələrin 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarıdır. Körpələrdən 1478-i əkiz, 36-sı isə üçəm doğulanlardır.

Bu ilin yanvar-iyun aylarında ölkədə 28745 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,0-dan 5,9-a düşüb.

Əbəs yerə demirlər ki,  ailə kiçik  dövlətdir. Demək bu dövləti düzgün qurmaq, onun daha möhkəm təməl üzərində qalmağını təmin etmək lazımdır. Bunun üçün tərəflər  ailə  qurmamışdan öncə  bir-birini yaxşı tanımalı, daha sonra isə  ailəni qorumaq üçün  mümkün qədər güzəştə getməyi bacarmalıdır.

Paylaş

 Xəbəriniz olsun