Boşanmalar azalıb

  • SpaceTV
  • 19 Sentyabr 2019 12:56

Ailə institutunun inkişafına və nikah münasibətlərinin tənzimlənməsinə dəstək verilməsi, nikahın pozulması hallarının mümkün qədər qarşısının alınması məqsədi ilə vətəndaş cəmiyyəti institutları ilə birgə layihə çərçivəsində Ədliyyə Nazirliyinin Bakı şəhərindəki rayon və “ASAN xidmət” mərkəzlərində qeydiyyat şöbələrinin bu sahədə fəaliyyətinə psixoloqlar cəlb edilib.

Məlumata görə,  nikahın pozulması üçün qeydiyyat şöbələrinə müraciət edən insanlar arasında həmin psixoloqlar tərəfindən izahat işinin aparılması, səbəblərin öyrənilməsi və aradan qaldırılması istiqamətində söhbətlərin keçirilməsi nəticəsində onların bir qismi bu fikirdən dönüb. Belə ki, bu xidmətin göstərilməyə başlandığı gündən hazıradək həmin şəxslərin 20%-ə qədəri nikahın pozulmasından imtina edib. Qeyd olunan xidmətin müsbət nəticə verdiyi nəzərə alınaraq respublikanın bəzi rayonlarında da onun tətbiqinə başlanılıb.

Paylaş

 Xəbəriniz olsun