“Boş şeydir, xəstələnərəm sağalaram” deyənlərə COVİD 19-a yoluxmuş azərbaycanlı həkimdən CAVAB

  • Space TV
  • 13 Aprel 2020 11:44

Dünyada koronavirusdan yoluxan təkcə adi insanlar deyil onların arasında səhiyyə işçiləri də var. Minlərlə xəstənin qayğısına qalan tibb işçiləri öz sağlamlıqlarını riskə atıb bu virusla mübarizədə yüksək əzm nümayiş etdirirlər. Onlardan biri də Azərbaycanlı həkim rezident İsmayıl Əliyevdir.

SPACE TV  xəbər verir ki, koronavirus testinin cavabının pozitiv çıxdığını deyən gənc həkim bu xəstəliyin varlığına şübhə ilə yanaşan insanlara səslənib:

“Boş şeydir”, ”Xəstələnərəm sağalaram”, “Heç bir qorxusu yoxdur” deyənlərə səslənirəm: Heç də boş deyil. Hazırda 120-dən çox xəstəyə müalicə tədbirləri aparırıq.Onların bəzilərinin vəziyyəti ağır olduğuna görə reanimasiya şöbəsinə yatırılıblar.Mən 10 gündür ki, bu xəstələrin müalicəsi ilə məşğulam.Qorunmağıma baxmayaraq artıq mən də bir COVID-19 xəstəsi kimi müalicə alacağam. Hammıya demək istəyirəm ki, çalışın evdə qalın. Heç kəs ətrafındakı hansı insanın xəstə, hansının sağlam olduğunu bilmir. Ona görə də insanlarla təmasdan qaçın. Biz həkimlər burada koronaviruslu xəstələrdən qorunduğumuz halda yoluxuruqsa, siz çox rahatlıqla yoluxa bilərsiniz.

Paylaş

 Xəbəriniz olsun