“Borussiya” və “Liverpul”dan darmadağın: “Real” son şansdan yararlandı

  • Space TV
  • 4 Noyabr 2020 10:05

Çempionlar Liqasında III tur start götürüb.

Spacetv.az xəbər verir ki, turun ilk oyun günündə A, B, C və D qruplarında 8 qarşılaşma baş tutub.

A qrupunda Almaniya nəhəngi, turnirin son qalibi “Bavariya” “Zalsburq”un qonağı olub. Qarşılaşma qonaqların 6:2 hesablı qələbəsi ilə başa çatıb.

Qrupun digər favoriti “Atletiko” Moskvada “Lokomotiv”i sınağa çəkib. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. 

B qrupunda “Şaxtyor” öz meydanında “Borussiya” ilə üz-üzə gəlib. Qarşılaşma qonaqların 6:0 hesablı qələbəsi ilə başa çatıb. Bu, “Şaxtyor” ÇL tarixindəki ən böyükhesablı məğlubiyyətidir. 

Qrupun digər oyununda yarışa istədiyi kimi başlaya bilməyən və B qrupunda son pillədə qərarlaşan “Real” doğma meydanda “İnter”i qəbul edib. Qarşılaşmada Madrid klubu çətinliklə qələbə qazanıb – 3:2.

C qrupunda “Mançester Siti” doğma meydanda Yunanıstanın “Olimpiakos” klubunu qəbul edib və 3:0 hesabı ilə qələbə qazanıb. 

Həmin qrupda yer alan “Porto” və “Marsel” klubları arasındakı qarşılaşmada da eyni hesab qeydə alınıb. Portuqaliya təmsilçisi rəqibinə aman verməyib – 3:0.

D qrupunda “Ayaks” Danimarkada “Midtülland” klubundan üstün olub – 2:1. 

Qrupun digər oyununda İngiltərənin “Liverpul” klubu İtaliyada “Atalanta”nı darmadağın edib – 5:0. 

Paylaş

 Xəbəriniz olsun