“Borussiya” və “Barselona”dan böyükhesablı qələbə, “Başakşəhər” Mançesterdən məğlub ayrıldı

  • SpaceTV
  • 25 Noyabr 2020 10:05

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turuna start verilib.

Spacetv.az xəbər verir ki, turun ilk oyun günündə 8 qarşılaşma baş tutub. 

Öz meydanında İngiltərənin “Mançester Yunayted” klubunu məğlub edən Türkiyənin “Başakşəhər” komandası uğurunu Mançesterdə təkrarlaya bilməyib. “Qırmızı şeytanlar” bu oyunda 4:1 hesablı qələbəyə sevinib.

Bu gün baş tutan qarşılaşmaların nəticələrini təqdim edirik:

E qrupu
“Krasnodar” (Rusiya) – “Sevilya” (İspaniya) – 1:2
“Renn” (Fransa) – “Çelsi” (İngiltərə) – 1:2

F qrupu
“Borussiya” (Dortmund, Almaniya) – “Brügge” (Belçika) – 3:0
“Latsio” (İtaliya) – “Zenit” (Rusiya) – 3:1

G qrupu
“Yuventus” (İtaliya) – “Ferensvaroş” (Macarıstan) – 2:1
“Dinamo” (Kiyev, Ukrayna) – “Barselona” (İspaniya) – 0:4

H qrupu
PSJ (Fransa) – “Leypsiq” (Almaniya) – 1:0
“Mançester Yunayted” (İngiltərə) – “Başakşəhər” (Türkiyə) – 4:1

Paylaş

 Xəbəriniz olsun